İsrail ilə sosial-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Reqevlə görüşüblər.
Görüşdə sosial-iqtisadi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları, innovasiyalar sahəsində tərəfdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrinə, işgüzar dairələr arasında əlaqələrin, humanitar və digər istiqamətlərdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.