Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.
İqtisadiyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb.
Həyatını xalqına və dövlətinə, onun inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə həsr edən dahi şəxsiyyət Heydər Əliyev daim böyük hörmət və rəğbətlə xatırlanacaq. Onun yüksək vətənpərvərliyi, mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib