Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib.
İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması ilə bağlı Nazirliyin hədəflərini diqqətə çatdırıb. Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdan xüsusi önəm kəsb edir və bu, gələcək uğurların əsas şərtlərindəndir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib. Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.
Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa qurumun təşəkkürnamələri təqdim edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib