Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə İqtisadiyyat Nazirliyində növbəti qanvermə aksiyası keçirilib. Bu xeyirxahlıq çağırışına qoşulan İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları donorluq aksiyasında qan veriblər. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Yanvarın 28-dək davam edəcək qanvermə aksiyasında 1100 əməkdaşın iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur