Azərbaycanda ilk dəfə olaraq müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin ixracı həyata keçirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının daha bir rezidenti məhsul ixracına başlayıb. Müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib.
Hazırda “BAFCO İnvest” MMC Avropa ölkələrinə məhsul ixracı istiqamətində danışıqlar aparır.
Qeyd edək ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib