Çin Xalq Respublikasının Ticarət Nazirliyinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparılıb.
İqtisadiyyat Nazirliyində Çin Xalq Respublikasının Ticarət Nazirliyinin ÜTT departamentinin sədr müavini E Defenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ölkəmizin ÜTT-yə üzvolma prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılıb.
Qeyd edək ki, Azərbaycan ÜTT-yə üzv olmaq üçün Çin də daxil olmaqla, quruma üzv 21 ölkə ilə ikitərəfli danışıqlar aparır.