Türkiyənin İğdır şəhərində Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və İğdır Valiliyinin birgə təşkilatçılığı ilə "Həmrəylik Günü - Azərbaycan İnvestisiya İmkanlarının Təqdimatı" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Zamin Əliyev və Iğdır valisi Ercan Turan qardaş ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin və birgə təşəbbüslərin dəstəklənməsinin önəmini qeyd ediblər.
Tədbirdə Azərbaycandakı investisiya imkanlarına dair videoçarx və təqdimat nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.