Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "SOCAR karbamid" zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir. Belə ki, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb.
Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.
Qeyd edək ki, "SOCAR karbamid" zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur