Harvard Universitetinin "Growth Lab" Mərkəzinin təsisçisi və direktoru ilə görüş keçirilib

Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru ilə görüşdə ölkəmizdə iqtisadi inkişaf və artımın dəstəklənməsinə yönələn təşəbbüslər müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Harvard Universitetinin “Growth Lab” Mərkəzinin təsisçisi və direktoru Rikardo Hausmanla görüşüb.

Görüşdə ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər, qeyri-neft-qaz sektorunun inkişafı perspektivləri barədə məlumat verilib. “Growth Lab” Mərkəzi ilə əməkdaşlıq məsələləri müzakirə edilib.