Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri ilə görüşdə ölkəmizin makroiqtisadi göstəriciləri, aparılan islahatlar barədə məlumat verilib, əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizin makroiqtisadi göstəriciləri, qeyri-neft-qaz sektorunun inkişaf perspektivləri, vergi sahəsində islahatlar, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi reinteqrasiyası haqqında məlumat verilib, bu kontekstdə, eləcə də gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.