Tatarıstan Respublikası ilə tərəfdaşlıq imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb. Hər iki tərəfdə ticarət əlaqələrinin daha da gücləndirilməsi, birgə istehsalın təşkili,  kiçik və orta biznes sahəsində işbirliyi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan iqtisadiyyatı, sənaye zonalarında yaradılmış əlverişli şərait, işğaldan azad edilmiş ərazilərdə sahibkarlara təqdim olunan güzəşt və dəstək mexanizmləri barədə məlumat verilib. Tatarıstan şirkətləri ölkəmizin əlverişli investisiya mühitindən yararlanmağa dəvət olunub.

Tərəflər sənaye parklarında icra edilən layihələr və yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparıblar.