Asiya İnkişaf Bankının Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru ilə görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər haqqında müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə görüşüb.
Görüşdə AİB ilə münasibətlərin inkişaf etdiyi vurğulanıb. Ortamüddətli dövrdə ölkəmizdə sosial-iqtisadi inkişaf, investisiyaların təşviqi üzrə prioritetlər, Bankın Ölkə Tərəfdaşlıq Strategiyasının əhatə edəcəyi istiqamətlər barədə məlumat verilib.
Tərəflər işbirliyinin gündəliyində olan məsələlər haqqında fikir mübadiləsi aparıblar. Ölkəmizdə iqtisadi şaxələndirməyə və yaşıl artıma dəstək, özəl sektorun, insan kapitalının, sənaye zonalarının inkişafı, rəqəmsallaşma və s. məsələlər müzakirə olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib