"Boston Consulting Group"la innovasiya və rəqəmsal həlləri təşviq edən strategiyaların iqtisadi proseslərə təsirləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.
Görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.
Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib