İqtisadiyyat nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

Ağsuda vətəndaşların sahibkarlıq fəaliyyəti, əmlak, vergi, güzəştli kreditlərin verilməsi, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ağsu şəhərində vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda  vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.