İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmamla görüşüb.
Görüşdə Azərbaycanın təşkilatla əlaqələrin güclənməsinə önəm verdiyi vurğulanıb, davamlı iqtisadi artıma nail olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib.
Tərəflər təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkəmizin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib