“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşüb.
Görüşdə bu gün keçirilən Azərbaycan – İspaniya biznes forumunun iqtisadi-ticarət əlaqələrinin, o cümlədən işgüzar dairələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkəmizin İspaniya ilə əməkdaşlığın inkişafına önəm vediyi, keçirilən görüşlərin və aparılan müzakirələrin bu baxımdan vacibliyi diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sənədin icrası ikitərəfli biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib