İqtisadiyyat Nazirliyində “ExxonMobil” korporasiyasının vitse-prezidenti ilə görüşdə enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “ExxonMobil” korporasiyasının vitse-prezidenti Con Ardillə görüşüblər.
Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
Görüşdə “ExxonMobil” korporasiyası ilə enerji sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunub, işbirliyinin genişləndirilməsi imkanları müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib