İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə cari ilin ilk rübündə ümumilikdə 145137 müraciət daxil olub.
2025-ci ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən 127551 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 145137 xidmət göstərilib.
Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və nəticələr barədə müraciət edən şəxslərə məlumat verilib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətlərinin asanlaşdırılması, eləcə də vətəndaş məmnuniyyətinin artırılması məqsədilə yaradılan 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən stasionar telefonla birbaşa zəng etmək olar. Mərkəz tərəfindən təqdim olunan xidmətlər tamamilə ödənişsizdir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib