İqtisadiyyat Nazirliyi ilə ABŞ-nin “Environmental Systems Research Institute” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Environmental Systems Research Institute” (ESRI) şirkətinin vitse prezidenti Sohail Elabdla görüşüb. Görüşdə Azərbaycan və ESRI arasında əməkdaşlıq çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üçün beynəlxalq praktikada tətbiq edilən təcrübələr, məkan məlumatlarının idarə edilməsi prosedurları və standartları ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “Environmental Systems Research Institute” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin icrası Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib