İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinin təşkili davam etdirilir

İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Nazirlikdə könüllü fəaliyyəti ilə bağlı ərizələrin qəbulu 29 may 2025-ci il tarixinədək davam edəcək.

Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.

Nazirlikdə könüllü fəaliyyət müddəti 2 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək.

Əlavə məlumat almaq üçün: İradə Qafarlı, tel: 310-28-00, daxili 20-32; e-mail: irada.qafarli@economy.gov.az