Azərbaycan - Pakistan iqtisadi əməkdaşlığının potensialının reallaşdırılması, ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.
Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib