İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir

İqtisadiyyat Nazirliyi və qurumlarının əməkdaşlarının iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qanvermə aksiyası keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Talassemiyasız həyat naminə” proqramı üzrə tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Mayın 16-dək davam edəcək qanvermə aksiyasında 600-dək əməkdaşın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada İqtisadiyyat Nazirliyinin əməkdaşları mütəmadi iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.