“Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub.
İki günlük səfər zamanı şəhid ailələri Ağdam, Füzuli, Şuşa və Xankəndidə olub, Ağdam Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Cıdır düzü, Vaqif məqbərəsi, İsa bulağı, digər tarixi-mədəniyyət və memarlıq abidələrini ziyarət ediblər.
Şəhid ailələrinin üzvləri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar. Bildirilib ki, azad olunan ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəni və dini abidələr bərpa olunur, infrastruktur qurulur, yaşayış məntəqələri salınır, yeni müəssisələr və iş yerləri açılır, əzəli sakinlər doğma yurdlarına qayıdırlar.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyi sosial layihələri davam etdirəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib