ABŞ ilə iqtisadi əlaqələr müzakirə olunub

ABŞ senatoru Stiv Deyns ilə görüşiqtisadi-ticarət əlaqələrinin inkişafı və Orta Dəhlizin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

Görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində əməkdaşlığın möhkəmləndirilməsi xüsusilə əhəmiyyət kəsb edir.

Tərəflər qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin inkişafını müzakirə ediblər. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhlizin perspektivləri, investisiya, yaşıl enerji, infrastruktur və sənaye sahələrində tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.