İqtisadiyyat Nazirliyində "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri ilə keçirilən görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.
"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək
Sentyabr 29, 2026 16:14
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq