“Deloitte” şirkəti ilə enerji keçidinə və innovasiyalara dair əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Deloitte” şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.
Görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə “Deloitte” ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.
Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsəri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib