Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev mentorluq proqramı çərçivəsində Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevlə görüşüb.

Qalibləri uğurları münasibətilə təbrik edən iqtisadiyyat nazirinin birinci müavini müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Görüşdə müsabiqə qaliblərinin maraq göstərdikləri istiqamətlər və inkişaf məqsədləri barədə müzakirə aparılıb, onlara potensiallarının reallaşdırılmasına dair tövsiyələr verilib, səmərəli idarəçilik metodları ilə bağlı suallar cavablandılırıb.