İqtisadiyyat Nazirliyində AİB missiyası ilə görüş keçirilib

AİB ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının (AİB) Dövlət-Özəl Tərəfdaşlığı üzrə missiyası ilə görüşüb.

Görüşdə Azərbaycan ilə AİB arasında uzunmüddətli tərəfdaşlığın, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrası nəzərdə tutulan və potensial layihələr barədə müzakirələr aparılıb.