Ümumilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı yüksəlişini və dayanıqlı artımı təmin edir.
Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.
İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib