16 yanvar 2026-cı il tarixdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkir, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60 ünvanında Şəmkir Gənclər Evində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Sentyabr 29, 2026 19:35
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək