İqtisadiyyat Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə keçirilmiş görüşdə Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi əlaqələrə dair müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin əlverişli işgüzar mühiti avropalı investorlar üçün geniş imkanlar təqdim edir.
Tərəflər qarşılıqlı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparıblar. Aİ-nin Azərbaycanın regional nəqliyyat və əlaqəlilik təşəbbüslərinə dəstək imkanları dəyərləndirilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib