İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri ilə birgə layihələrin perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə vurğulanıb ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafında önəmli rol oynayır.
Görüş zamanı Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkədə reallaşdırılan layihələr barədə məlumat verilib. Qeyd edilib ki, ölkələrimiz arasında enerji, sənaye, rəqəmsal həllər, kənd təsərrüfatı, qida təhlükəsizliyi, bankçılıq və digər sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün geniş potensial mövcuddur.
Tərəflər birgə layihələrin perspektivləri, nəqliyyat, infrastruktur, yaşıl enerji, rəqəmsallaşma, ticarət və biznes sahəsində əməkdaşlığın təşviqi, qarşılıqlı investisiyaların artırılması üzrə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib