Azərbaycanda pambıqçılıq sənayesinin inkişafına həsr edilmiş görüşdə bu sahədə çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüş keçirilib.
Görüşdə pambıqçılığın ölkəmiz üçün sənayeləşmə və qeyri-neft-qaz ixracının artırılması baxımından xüsusi əhəmiyyət daşıyan sahə olduğu vurğulanıb. Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanları qeyd olunub.
Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar və onların həlli yolları müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib