Azərbaycan ilə OECD arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompson ilə görüşüb.
Görüşdə Azərbaycan ilə OECD arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, tərəfdaşlığın yeni fəaliyyət sahələri üzrə genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, iqtisadi islahatlar, investisiya mühiti, dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətlərində birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Noyabr 18, 2026 15:55
Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub