İqtisadiyyat Nazirliyi ilə UNCTAD arasında beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyəti və qlobal biznes mühitində müşahidə olunan əsas tendensiyalar barədə fikir mübadiləsi aparılıb.
13-cü Qlobal Bakı Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan ilə görüşüb.
Görüşdə qlobal iqtisadi proseslər, beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyəti və qlobal biznes mühitində müşahidə olunan əsas tendensiyalar barədə fikir mübadiləsi aparılıb. Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin regional iqtisadi inkişaf perspektivlərinə təsiri, həmçinin beynəlxalq ticarətin davamlı inkişafı üçün yeni əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Müzakirələr zamanı ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində potensialın artırılması və innovasiyayönümlü inkişafın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.
Tərəflər təcrübə mübadiləsi, potensialın gücləndirilməsi proqramları və innovasiya ekosisteminin dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib