İqtisadiyyat nazirinin müavininin Xankəndidə keçirdiyi qəbulda vətəndaşların sahibkarlığın inkişafı, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri əsasən, sahibkarlığın inkişafı, vergi, güzəştli kreditlərin verilməsi, sosial, o cümlədən işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Qəbulda vətəndaşların sorğu xarakterli müraciətləri ilə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib