İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.
Qeyd edək ki, Türkiyənin “Fiba Holdinq”i enerji, bank və maliyyə, daşınmaz əmlak, turizm və digər sahələr üzrə ixtisaslaşıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib