İqtisadiyyat Nazirliyində Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini ilə keçirilən görüşdə iqtisadi əməkdaşlığın prioritetləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb.
Görüşdə Azərbaycan–Türkmənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib. Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmi vurğulanıb. Türkmənistanla ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyi, birgə layihələrin həyata keçirilməsi üçün imkanlar diqqətə çatdırılıb.
Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib