Serbiyanın mədən və energetika naziri ilə görüşdə enerji, yaşıl texnologiyalar, sənaye və digər prioritet sahələrdə əməkdaşlığın inkişafı, SOCAR-la birgə layihələr müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçlə görüşüblər.
Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Ölkəmizdə formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib.
Tərəflər enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib