İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Asiya İnkişaf Bankı ilə dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma, insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lea Qutierrez ilə görüşüb.
Görüşdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, eləcə də vergi islahatları istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tərəflər dövlət-özəl tərəfdaşlığının təşviqi, rəqəmsallaşma, insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bununla yanaşı, regional təşəbbüslər, yaşıl enerji dəhlizləri, nəqliyyat və enerji bağlantıları, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib