İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq məqsədilə məlumat sessiyası keçirilib.
İqtisadiyyat Nazirliyində 16-19 iyun tarixlərində Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq məqsədilə məlumat sessiyası təşkil edilib. Tədbirdə İslam İnkişaf Bankı Qrupuna üzv ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edib.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin müşaviri Sabir Rzayev İllik Toplantıların strukturu, iştirak qaydaları, qeydiyyat prosedurları ilə bağlı məlumat veriblər. Bildirilib ki, builki toplantılar “Davamlı rifah üçün regional inteqrasiya” mövzusuna həsr olunub. Qeyd edilib ki, mövzu artan regional və qlobal əməkdaşlıq çağırışlarını əks etdirir, Azərbaycanın regional bağlantılar və əməkdaşlıq platformalarında oynadığı strateji rolu vurğulayır.
Ölkəmizin 2010-cu ildən sonra ikinci dəfə bu nüfuzlu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti diqqətə çatdırılıb. 2026-cı il İllik Toplantılarının üzv ölkələr arasında yeni tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olduğu qeyd olunub. Bildirilib ki, İllik Toplantılar çərçivəsində sessiyalarla yanaşı, açılış mərasimi, Müdirlər Şurasının iclasları, özəl sektor forumu, gənclər forumu və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir iştirakçıları Azərbaycanın İslam İnkişaf Bankı Qrupu ilə mövcud əməkdaşlığı və perspektiv layihələr barədə məlumatlandırılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib