Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə görüşüb.
Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.
Görüşdə Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib