Ələt Azad İqtisadi Zonasının investisiya mühiti, xüsusi hüquqi rejimi, təşviq mexanizmləri, hazır infrastruktur və logistik üstünlükləri diqqətə çatdırılıb.
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edib.
Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqlara Ələt Azad İqtisadi Zonasının investisiya mühiti, xüsusi hüquqi rejimi, təşviq mexanizmləri, hazır infrastruktur və logistik üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, Zonada həyata keçirilən layihələr və görülən infrastruktur işləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırır.
İİB Qrupunun sədri Məhəmməd Əl-Casir görülən işləri yüksək qiymətləndirərək, xüsusilə beynəlxalq hava limanı layihəsinin əhəmiyyətini vurğulayıb və “bir pəncərə” prinsipinin tətbiqinin investisiya mühitinin cəlbediciliyini artırdığını qeyd edib.
Nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitlə tanış olub, yüngül sənaye sahələri üzrə görülən işləri və ərazidə inşa olunan beynəlxalq hava limanının tikinti prosesini izləyib.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib