İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Dünya Bankı ilə özəl sektorun investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı Qrupu arasında uğurlu əməkdaşlığın nəticələri məmnunluqla qeyd olunub. Tərəflər ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin iqtisadi inkişaf və dayanıqlı urbanizasiya baxımından əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı Azərbaycanda və regionda infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Dünya Bankının maliyyə alətlərindən istifadə və şəhərsalma sahəsində potensial layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələrin həyata keçirilməsinin regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib