Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qvineyanın Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabe və infrastruktur naziri Fasine Silla ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qvineya arasında ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iqtisadi əlaqələrin müqavilə-hüquq bazasının genişləndirilməsi və biznes tərəfdaşlığının potensial imkanlarının reallaşdırılması məsələlərini nəzərdən keçiriblər.
Görüş çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı istiqamətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qvineyanın Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, sənədin icrası ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcə də davamlı və inklüziv inkişaf təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfə verəcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib