Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlığın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev və Fondun baş direktoru Ramil Babayevlə görüşüb.
Görüşdə türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlığın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələr müzakirə edilib. Tərəflər institusional əməkdaşlığın gücləndirilməsi, regional enerji bağlantılarının inkişafı, özəl sektorun təşviqi, dayanıqlı inkişafa xidmət edən layihələrin dəstəklənməsi və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə İİB Qrupunun İllik Toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Türk İnvestisiya Fondu arasında imzalanmış sazişin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, sənəd tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsinə, dövlət-özəl sektor tərəfdaşlığının stimullaşdırılmasına və birgə maliyyələşdirmə imkanlarının artırılmasına töhfə verəcək.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib