Azərbaycan və İran arasında ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin daha da gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib