Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər dost və qardaş ölkələr arasında mövcud tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib