Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılmasını və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Müzakirələr zamanı ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib