Moskvada Azərbaycanın Rusiyada ticarət nümayəndəsinin aparatı tərəfindən ölkəmizin məhsulları və şərablarının təqdimatı və dequstasiyası təşkil edilib.
Moskvada Azərbaycanın Rusiyada ticarət nümayəndəsinin aparatı tərəfindən Azərbaycan məhsullarının və şərablarının “Made in Azerbaijan” brendi ilə növbəti təqdimatı və dequstasiyası təşkil olunub.
Tədbirdə Rusiyanın hökumət və biznes qurumlarının, turizm şirkətlərinin, ticarət şəbəkələrinin nümayəndələri və blogerlər iştirak ediblər. Tədbir iştirakçılarına Azərbaycan şərabları, eləcə də ölkəmizdə şərabçılığın inkişafı barədə məlumat verilib. Həmçinin Azərbaycan şərablarının Rusiya bazarında təşviqi, azərbaycanlı ixracatçıların Rusiya bazarına çıxışının genişləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Şərab üzrə ixtisaslaşan somelyelər tərəfindən təqdim olunan məhsulların üstünlükləri, istehsal prosesi, Azərbaycanda şərab istehsalının qədim tarixi barədə təqdimat nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun Rusiyada nümayəndəliyi tərəfindən ölkəmizin turizm imkanları barədə geniş təqdimat keçirilib, ölkəmizdə turizmin müxtəlif istiqamətlərinə dair buklet və digər materiallar təqdim edilib.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib